İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2023-cü ildə avrozonada ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu 0,6 % səviyyəsində saxlayıb, 2024-cü il üçün proqnozunu isə 1,1 %-dən 0,9 %-ə endirib.
“Report” xəbər verir ki, bu barədə təşkilatın noyabr hesabatında bildirilir.
Avropanın əsas iqtisadiyyatlarında artımın qısamüddətli perspektivdə zəif olacağı, lakin inflyasiyanın yavaşlaması, monetar yumşalmanın başlaması və real gəlirlərin bərpası ilə tədricən yaxşılaşacağı proqnozlaşdırılır.
O cümlədən, OECD-nin analitikləri Almaniyanın ÜDM-nin 2023-cü ioldə 0,1 % azalacağını, lakin 2024-cü ildə 0,9 %, 2025-ci ildə 1,2 % artacağını, Fransanın ÜDM -nin bu il 0,9 %, gələn il 0,8 % azalacağını, 2025-ci ildə 1,2 % artacağını, Böyük Britaniyanın ÜDM-nin isə 2023-cü ildə 0,5 %, 2024-cü ildə 0,7 %, 2025-ci ildə isə 1,2 % artacağını proqnozlaşdırır.