OECD: "Dünyada birbaşa xarici investisiyalar yarım ildə iki dəfə artıb"

OECD: "Dünyada birbaşa xarici investisiyalar yarım ildə iki dəfə artıb" Dünya boyu birbaşa xarici investisiyaların (Foreign Direct İnvestment - FDI) həcmi cari ilin birinci yarısında 2020-ci ilin ikinci yarısına nisbətən iki dəfədən çox artaraq 870 milyard ABŞ dollara çatıb.
Maliyyə
8 Noyabr , 2021 15:43
OECD: Dünyada birbaşa xarici investisiyalar yarım ildə iki dəfə artıb

Dünya boyu birbaşa xarici investisiyaların (Foreign Direct İnvestment - FDI) həcmi cari ilin birinci yarısında 2020-ci ilin ikinci yarısına nisbətən iki dəfədən çox artaraq 870 milyard ABŞ dollara çatıb.

“Report” xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına görə bu, pandemiyadan əvvəlki dövrünə, 2019-cu ilin yanvar-iyun aylarına nisbətən 43 % çoxdur.

O cümlədən OECD üzv ölkələrinə yatırılan sərmayələrin həcmi də cari ilin birinci yarısında ötən ilin ikinci yarısına nisbətən ikiqat artaraq 421 milyard ABŞ dollara, təşkilata üzv olmayan G20 ölkələrinə də 12 % artaraq 261 milyard ABŞ dolları təşkil edib.

2021-ci ilin birinci yarısında FDI-ın həcminə görə ölkələr arasında 177 milyard ABŞ dollarla Çin, 149 milyard ABŞ dollarla ABŞ, 46 milyard ABŞ dollarla Böyük Britaniya üstün mövqedədir. FDI-ın əsas mənbələri isə 231 milyard ABŞ  dollarla ABŞ, 88 milyard ABŞ dollarla Yaponiya, 63 milyard ABŞ dollarla Almaniya olub.

Hesabat dövründə inkişaf etmiş ölkələrdə birləşmə və alınma (M & A) ilə bağlı əməliyyatların da iki dəfədən çox artdığı, başa çatdırılan sövdələşmələrin isə 32 % artdığı qeyd olunur.

Xatırladaq ki, 1961-ci ildə təsis edilən, qərargahı Parisdə yerləşən OECD dünyanın 37 inkişaf etmiş ölkəsini birləşdirir.

Son xəbərlər

Orphus sistemi