OECD 2016-cı il iqtisadi artım proqnozunu azaldıb

OECD 2016-cı il iqtisadi artım proqnozunu azaldıb 2017-ci il üçün də ÜDM proqnozu aşağı salınıb
Maliyyə
21 Sentyabr , 2016 15:54
OECD 2016-cı il iqtisadi artım proqnozunu azaldıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2016-cı ildə dünyada iqtisadi artım tempi üzrə proqnozunu 0,1% bəndi azaldaraq 2,9%-ə salıb. 

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir. 

OECD-in iyun ayında açıqladığı hesabatda təşkilat bu il qlobal ümumi daxili məhsulun (ÜDM) 3% artacağı qeyd olunub. 

Təşkilat öz hesabatında həmçinin 2017-ci il üçün də iqtisadi artım proqnozunu 0,1% bəndi azaldaraq 3,2%-ə endirdiyini bəyan edib. Xatırladaq ki, 2015-ci ildə qlobal ÜDM 3,1% artım nümayiş etdirib. 

OECD ekspertlərinin sözlərinə görə, "inkişaf etmiş ölkələrdəki daha zəif iqtisadi şərait və "Brexit"in mənfi nəticələri əsasən, əmtəə hasilatçısı olan inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının bərpa olunması ilə kompensasiya ediləcək". 

Hesabatda qeyd olunur ki, dünya iqtisadiyyatının zəif iqtisadi artım proqnozları ÜDM-in artmasına mənfi təsir edir: "Nəticədə, ticarət, investisiyalar, məhsuldarlıq və əmək haqları mənfi təsirə məruz qalır"

Son xəbərlər

Orphus sistemi