Nyu-York birjasında qiymətlər yüksəlib

Nyu-York birjasında qiymətlər yüksəlib Nyu-York Fond Birjasında (NYSE) başlıca indekslər Rusiya hərbçilərinin təlimlərdən sonra öz daimi dislokasiya yerlərinə qayıtması xəbərləri fonunda hərracların bağlanışına qədər 1,2-2,5% artıb.
Maliyyə
16 Fevral , 2022 03:14
Nyu-York birjasında qiymətlər yüksəlib

Nyu-York Fond Birjasında (NYSE) başlıca indekslər Rusiya hərbçilərinin təlimlərdən sonra öz daimi dislokasiya yerlərinə qayıtması xəbərləri fonunda hərracların bağlanışına qədər 1,2-2,5% artıb.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 422,67 (1,22%) bənd artaraq 34 988,84 bəndə, “Standard & Poor 500” indeksi 69,4 (1,58%) bənd artaraq 4 471,07 bəndə, “Nasdaq” elektron birjasının indeksi də 348,84 (2,53%) bənd artaraq 14 139,76 bəndə yüksəlib.

Son xəbərlər

Orphus sistemi