Nyu-York birjası geriləmə ilə bağlanıb

Nyu-York birjası geriləmə ilə bağlanıb ABŞ-da iqtisadiyyatın dirçəlməsi üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlərin gecikməsi ilə bağlı narahatlıqlar Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslərin ucuzlaşmasına gətirib çıxarıb.
Maliyyə
190
22 Sentyabr , 2020 08:33
Nyu-York birjası geriləmə ilə bağlanıb

ABŞ-da iqtisadiyyatın dirçəlməsi üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlərin gecikməsi ilə bağlı narahatlıqlar Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslərin ucuzlaşmasına gətirib çıxarıb.

“Report” xəbər verir ki, hərracın sonunda “Dow Jones” Sənaye İndeksi 509,72 bənd (-1,84%) enişlə 27 147,70 bəndə, ABŞ-ın 500 ən iri şirkətini əhatə edən “S&P 500” indeksi də 38,41 bənd (-1,16%) azalma ilə 3 281,06 bəndə geriləyib.

“Nasdaq” Texnologiya İndeksi də 14,48 bənd (-0,13%) geriləyərək 10 778,80 bəndə düşüb.

Bundan başqa, “WTI” markalı yüngül neftin oktyabr fyuçerslərinin qiyməti 0,94 faiz artaraq 39, 68 ABŞ dolları təşkil edib.

“Microsoft”un birja qiymətləri 1,27 faiz, “Apple” şirkətinin isə 3,37 faiz artıb. “Alphabet”in birja qiyməti isə əksinə, 1,11 faiz ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi