Noyabrda yenidən maliyyələşdirmə kreditlərinin həcmi artıb

Noyabrda yenidən maliyyələşdirmə kreditlərinin həcmi artıb Bakı. 5 yanvar. REPORT.AZ/ Mərkəzi Bank 2018-ci ilin dekabr ayının 1-nə likvidliyin idarə edilməsi üzrə əməliyyatlarının həcmini və faiz dərəcələrini açıqlayıb.
Maliyyə
5 Yanvar , 2019 10:45
Noyabrda yenidən maliyyələşdirmə kreditlərinin həcmi artıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Mərkəzi Bank 2018-ci ilin dekabr ayının 1-nə likvidliyin idarə edilməsi üzrə əməliyyatlarının həcmini və faiz dərəcələrini açıqlayıb.

“Report” Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə yenidən maliyyələşdirmənin həcmi 739,5 mln. manat təşkil edib.

Yenidən maliyyələşdirmə üzrə faiz dərəcələri 9,75%-lə verilib. Oktyabrla müqayisədə noyabrda yenidən maliyyələşdirmənin həcmi 7,9 mln. manat və ya 1,08% artıb.

Qeyd edək ki, oktyabrda yenidən maliyyələşdirmənin həcmi 731,6 mln. manat təşkil edib. Yenidən maliyyələşdirmə üzrə faiz dərəcələri isə 9,75% təşkil edib.

Xatırladaq ki, Mərkəzi Bank pul siyasətinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına yenidən maliyyələşdirmə kreditləri verir.

Son xəbərlər

Orphus sistemi