Novotnının açıqlaması avronu ucuzlaşdırıb

Novotnının açıqlaması avronu ucuzlaşdırıb "Report": İlin sonuna kimi məzənnə 1,14 USD/EUR səviyyəsinə enəcək
Maliyyə
5 Oktyabr , 2017 16:27
Novotnının açıqlaması avronu ucuzlaşdırıb
REUTERS/Heinz-Peter Bader

Bakı. 5 oktyabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankı (ECB), böyük ehtimalla, 2018-ci ilin əvvəlindən monetar ekspansiyanı yavaşladacaq.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama Avstriya Mərkəzi Bankının rəhbəri və ECB-nin İdarə Heyətinin üzvü Evald Novotnı tərəfindən verilib.

"Reuters" xəbər verir ki, bir neçə həftə sonra ECB monetar ekspanisiya proqramının perspektivlərini müzakirə etmək üçün toplanacaq. Ümumi həcmi 2,3 trln. avro (2,7 trln. dollar) olan cari proqramın müddəti dekabr ayında bitir. Oktyabrın 26-da ECB proqramı bitirmək, həcmini azaldaraq uzatmaq və ya hazırkı həcmdə uzatmaq barədə qərar qəbul edəcək. Xatırladaq ki, hazırda ECB Avropa maliyyə bazarlarından ayda 60 mlrd. avro (70 mlrd. dollar) həcmində istiqraz alır.

"Düşünürəm ki, 2018-ci ildən proqramı tədricən azaltmaq barədə qərar qəbul edəcəyik", - deyə Novotnı Avstriyanın "Trend" həftəlik jurnalına açıqlamasında bildirib. Buna səbəb, işsizliyin zəif templə azalması və inflyasiyanın kifayət qədər yüksəlməməsidir.

E.Novotnının açıqlamalarından sonra avro əsas rəqibi olan ABŞ dolları ilə müqayisədə ucuzlaşmağa başlayıb. Nəticədə məzənnə 1,1770 USD/EUR-dan 1,1730 USD/EUR-a düşüb.

"Report"un analitik qrupu bu məzənnənin ilin sonuna qədər azalaraq 1,14 USD/EUR səviyyəsinə enəcəyini proqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi