Növbəti qlobal maliyyə böhranı Çində başlaya bilər

Növbəti qlobal maliyyə böhranı Çində başlaya bilər Bakı. 26 yanvar. REPORT.AZ/ Dünya ölkələri arasında növbəti qlobal maliyyə böhranı Çində başlayacaq. 
Maliyyə
26 yanvar 2018 10:38
Növbəti qlobal maliyyə böhranı Çində başlaya bilər

Bakı. 26 yanvar. REPORT.AZ/ Dünya ölkələri arasında növbəti qlobal maliyyə böhranı Çində başlayacaq. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Harvard Universitetinin professoru Kennet Roqof (Kenneth Rogoff) bəyan edib. 

Onun sözlərinə görə, avrozonada problemlər olsa da, Çin yeganə ölkədir ki, iqtisadi nüfuzunu artıb və yeni iqtisadi mərhələyə qədəm qoyub: "Rəsmi Pekin böhrana imkan verməməyə çalışsa da, Çin bölgədə böhrana ən həssas ölkədir". 

K.Roqof hesab edir ki, Çində faktiki özəl şirkət olmadığı üçün böhran fərqli olacaq: "Bu ölkədə dövlət zəmanəti avrozonadan daha tez təqdim edilir. Ən böyük problem odur ki, Çin iqtisadiyyatı hələ də balanslaşdırılmayıb, əsasən investisiyalara və ixraca əsaslanır. Üstəlik ölkə kreditləşmədən çox asılıdır. Bu da öz növbəsində gələcəkdə problemlər yarada bilər".

"Yüksək borc nəinki Çində, qərb ölkələrində də mövcuddur. Onun səviyyəsi son maliyyə böhranındakı səviyyədən yüksəkdir", - professor əlavə edib. 

Son xəbərlər

Orphus sistemi