Bu gün
Komitədən "Report"a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı
Könüllü gömrükçülər qarşısında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev əsası ümummilli lider
Səfər Mehdiyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin və könüllü hərəkatının formalaşması, daha da inkişaf etməsində Birinci vitse-prezident
O da vurğulanıb ki, sıralarında minlərlə gənci birləşdirən könüllülərin ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli konfranslarda, mədəni-kütləvi tədbirlərdə, idman yarışlarındakı səmərəli və uğurlu fəaliyyəti onlara göstərilən yüksək dəstək, qayğı və etimadın nəticəsi kimi qiymətləndirilməlidir.
Daha sonra gömrük sistemində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, bu islahatların mahiyyəti, hədəfləri və uğurlu nəticələri barədə qısa məlumat verən Komitə sədri bildirib ki, gömrük orqanları şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması, ölkəmizin ixrac və tranzit potensialının artırılmasında mühüm addımlar atıb. Eyni zamanda, gömrük işinin təşkilində tətbiq edilən yeniliklər və həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan gömrüyü dünyanın ən inkişaf etmiş ölkələrinin təmsil olunduğu Avropa regionuna sədrlik etmək hüququ əldə edib. Komitə sədri bildirib ki, əldə edilən uğurlarda gömrük sistemində çalışanların əksəriyyətini təşkil edən gənclərin rolu danılmazdır.
Səfər Mehdiyev artıq könüllü gömrükçü dəstəsinin ilk üzvlərinin fəaliyyətini uğurla başa vuraraq sertifikatlarla təmin olunduğunu, yeni üzvlərin də bilik və bacarıqlarının artırılması, potensialının üzə çıxarılması istiqamətində bütün zəruri addımların atılacağını, lazımi dəstəyin göstəriləcəyini bildirib və onlara uğurlar arzulayıb.
Könüllü gömrükçülər adından çıxış edən Fərid Rəsulzadə gömrük orqanlarında 4 aylıq fəaliyyəti zamanı əldə etdiyi bilik və bacarıqların gələcək həyatı ilə yanaşı, karyerasının qurulmasında da mühüm rol oynayacağını vurğulayıb və könüllü gömrükçülər adından yaradılan şəraitə, göstərilən dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.