Norveçin Təqaüd Fondu Rusiya istiqrazlarını külli miqdarda azaldıb

Norveçin Təqaüd Fondu Rusiya istiqrazlarını külli miqdarda azaldıb Bakı. 28 fevral. REPORT.AZ/ Norveçin “Government Pension Fund Global” (GPFG) dövlət fondu 2018-ci ildə Rusiya dövlət istiqrazları ehtiyatını 45 faiz azaldaraq 2,25 milyard dollardan 1,23 milyard dollaradək, yəni 2011-ci ildən bu yana minimum səviyyəyə endirib.
Maliyyə
28 Fevral , 2019 12:30
Norveçin Təqaüd Fondu Rusiya istiqrazlarını külli miqdarda azaldıb

Bakı. 28 fevral. REPORT.AZ/ Norveçin “Government Pension Fund Global” (GPFG) dövlət fondu 2018-ci ildə Rusiya dövlət istiqrazları ehtiyatını 45 faiz azaldaraq 2,25 milyard dollardan 1,23 milyard dollaradək, yəni 2011-ci ildən bu yana minimum səviyyəyə endirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, fondun illik hesabatına görə, 2013-ci ildə fondun Rusiya dövlət istiqrazları ehtiyatı əksinə, 4,1 milyard dollar təşkil edib.

Rusiyanın aşağı beynəlxalq kredit reytinqinə malik olduğu 2015-2017-ci illərdə GPFG-in 2 milyard dollar həcmində Rusiyaya məxsus “federal istiqrazlar”ın yarısını azaltdığı bildirilir.

Son xəbərlər

Orphus sistemi