Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır İnvestisiya portfelinin 70%-i səhmlərə yatırılacaq
Maliyyə
23 Avqust , 2017 19:50
Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

Bakı. 23 avqust. REPORT.AZ/ Norveç Pensiya Fondu (Neft Fondu) gəlirlərini artırmaq məqsədilə investisiya portfelində səhmlərin xüsusi çəkisini 60%-dən 70%-ə çıxarmağı planlaşdırır. 

"Report", "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama Fondun aktivlərini idarə edən ölkənin Mərkəzi Bankının investisiya şirkəti olan "Norges Bank İnvestment Management"in sədr müavini Trond Qrande (Trond Grande) Norveçin paytaxtı Osloda keçirilən II rübün yekunlarına dair mətbuat konfransında bildirib. 

T.Qrande qeyd edib ki, səhmlərə investisiyaların artırılması onların bahalı və ya ucuz olması ilə əlaqədar deyil, bu, bir strategiyadır".

Qeyd edək ki, Norveç Pensiya Fondu 970 milyard ABŞ dollarından çox aktivlərə sahibdir. Fond bu ilin ilk yarısında 63 mlrd. ABŞ dolları gəlir əldə edərək tarixi rekorda imza atıb və qurumun gəlirliliyi 6,5% təşkil edib. Hazırda Fondun aktivlərinin 65,1%-i səhmlərdə, 32,4%-i istiqrazlarda, 2,5%-i isə daşınmaz əmlakda yerləşir. 

Son xəbərlər

Orphus sistemi