"Nomura": 2017-ci ildə dollar avroya nisbətən 1,15 səviyyəsinə qədər ucuzlaşacaq

"Nomura": 2017-ci ildə dollar avroya nisbətən 1,15 səviyyəsinə qədər ucuzlaşacaq FED bu il faizləri 4 dəfə artıra bilər
Maliyyə
11 mart 2017 11:42
Nomura: 2017-ci ildə dollar avroya nisbətən 1,15 səviyyəsinə qədər ucuzlaşacaq

Bakı. 11 mart. REPORT.AZ/ Dolların avroya nisbətən məzənnəsi cari 1,06 səviyyəsindən 1,15-ə qədər ucuzlaşa bilər. "Report", "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə proqnoz Yaponiyanın məşhur "Nomura" maliyyə holdinqinin analitikləri tərəfindən verilib. Proqnoza görə, avronun ucuzlaşması və dolların möhkəmlənməsinə səbəb Avropa Mərkəzi Bankının(ECB) istiqraz alışı proqramını dayandırması olacaq. Xatırladaq ki, ECB bu proqram vasitəsilə maliyyə bazarlarından özəl sektor istiqrazlarını alaraq likvidliyin artırılmasına nail olur. "Nomura"nın valyuta strategiya mütəxəssisi və analitiki Cordan Roçesterə(Jordan Rochester) görə, "ECB rəhbəri Mario Draqi ilin ikinci yarımilliyindən etibarən istiqraz alım proqramının dayandırılması barədə bəyanatlar verəcək".

Rochester ABŞ Federal Ehtiyat Sisteminin(FED) 2017-ci ildə uçot dərəcələrini 4 dəfə artıra biləcəyini bildirib. Belə olduğu təqdirdə onun fikrincə, dolların məzənnəsi yapon yeni ilə müqayisədə cari 115 səviyyəsindən 120-yə yüksələcək. 

Son xəbərlər

Orphus sistemi