"Nikoil Bank" müştərilərə danışıq dəqiqələri hədiyyə edəcək

"Nikoil Bank" müştərilərə danışıq dəqiqələri hədiyyə edəcək Pul köçürmə sistemlərindən istifadə edin və pulsuz danışıq dəqiqələri əldə edin
Maliyyə
18 İyul , 2016 12:52
Nikoil Bank müştərilərə danışıq dəqiqələri hədiyyə edəcək

Bakı. 18 iyul. REPORT.AZ/ Bugündən etibarən beynəlxalq pul köçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə, "Nikoil Bank" tərəfindən müştəriyə "Bakcell" danışıq dəqiqələri hədiyyə ediləcək.

"Report"un banka istinadən verdiyi xəbərə görə, müştəri 500-1000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 10 dəqiqə, 1001-5000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə- 20 dəqiqə, 5001-10000 ş.v.məbləği arasında pul köçürməsi etdikdə 30 dəqiqə, 10001 ş.v. məbləğindən artıq pul köçürməsi etdikdə 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcək.

Hazırda Bankda "Zolotaya Korona", "Contact", "Caspian Money Transfer", "Lider", "Western Union", "Blizko", "Monex" və "Forsaj" kimi pul köçürmə sistemləri mövcuddur. 

Son xəbərlər

Orphus sistemi