"Nikoil Bank"ın kapitalı kəskin artıb

"Nikoil Bank"ın kapitalı kəskin artıb Bankın əsas səhmdarı payını 84%-ə çatdırıb
Maliyyə
20 Oktyabr , 2016 12:08
Nikoil Bankın kapitalı kəskin artıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC nizamnamə kapitalını 60 mln. manat və ya 2,7 dəfə artıraraq 94,5 mln. manat çatdırıb. Bankdan "Report"a verilən məlumata görə, kapital artımından sonra səhmdarların pay bölgüsü dəyişib.

Belə ki, "Nikoil Bank"ın əsas səhmdarı olan "Topaz İnvestment" QSC-nin payı 56,4%-dən 84,08%-ə yüksəlib. Əvəzində, "Nikoil" QSC-nin payı 42,6%-dən 15,55%-ə, "ISR Holding" MMC-nin payı isə 1%-dən 0,37%-ə düşüb.

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinn nominal dəyəri 2 manat olan 47,25 mln. səhmi var. 

Son xəbərlər

Orphus sistemi