Bakı. 16 avqust. REPORT.AZ/ “Nikoil Bank” ASC Marketinq şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edib.
Bu barədə “Report”a bankdan bildirilib.
Məlumata görə, işə qəbul olunacaq namizəd aşağıdakı vəzifələri icra etməlidir.
- Marketinq, reklam və stimullaşdırma tədbirlərinin idarə olunması və həyata keçirilməsi;
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
- Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;
- Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
- Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
- Bankın rəsmi saytının və sosial şəbəkələrdəki səhifələrinə məlumatların əlavə edilməsi və aktual vəziyyətdə saxlanılması;
- Filiallarda olan marketinq və satış bölmələrinin fəaliyyətini mərkəzi olaraq koordinasiya edilməsi, aylıq satış hesabatlarının hazırlanmas və təhlili;
- Bankın sosial məsuliyyətli layihələrinin kordinasiya olunması;
Namizədlərə qarşı aşağıdakı tələblər qoyulub:
- Ali təhsil;
- Marketinq sahəsində 2 ildən az olmayan təcrübə (bank sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
- Analitik və kreativ düşünmə tərzi;
- Təqdim etmə bacarığı;
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq;
- Digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
- SMM sahəsində geniş təcrübəyə malik olmaq;
- MS Office-də işləmək bacarığı;
- Azərbaycan və rus dilində sərbəst danışmaq bacarığı (ingilis dilini bilənlərə üstünlük veriləcək);
CV-lər avqustun 31-nə qədər