"Nikoil Bank"ın güzəştli ipoteka kreditləşməsi 4 mln. manata çatıb

"Nikoil Bank"ın güzəştli ipoteka kreditləşməsi 4 mln. manata çatıb ​"Nikoil Bank" indiyədək 1 100 ipoteka kreditini maliyyələşdirib
Maliyyə
1549
24 Noyabr , 2015 15:38
Nikoil Bankın güzəştli ipoteka kreditləşməsi 4 mln. manata çatıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu ilin əvvəlindən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə "Nikoil Bank" ASC tərəfindən 3,888 mln. manat həcmində 96 güzəştli kredit, 11,815 mln. manat məbləğində isə 322 standart kredit verilib. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, ümumilikdə isə indiyədək AİF xətti ilə "Nikoil Bank" vasitəsilə 40 mln. manatdan çox həcmdə 1 100 ipoteka krediti ayrılıb.

Cari ilin əvvəlində banka Fond tərəfindən əlavə olaraq 6,5 mln. manat məbləğində limit ayrılıb. Bank bu vəsait hesabına ipoteka kreditləşməsilə mənzil almaq istəyən əhalidən gələn müraciətləri aktiv şəkildə qəbul edir.

Dövlət ipoteka kreditləşməsinin şərtlərinə əsasən, kreditlər 50 min manatadək məbləğdə, 3 ildən 25-30 ilə qədər müddətə, illik 4-8%-lə verilir. Kreditin məbləği ipoteka götürülən daşınmaz əmlakın bazar dəyərinin 70-80%-ni keçməməlidir ki, bunun nəticəsində kredit üzrə ilkin ödəniş 20-30%-dən az olmamalıdır.

Son xəbərlər

Orphus sistemi