​"Nikoil Bank"ın əsas səhmdarı depozit portfelini artırıb

​"Nikoil Bank"ın əsas səhmdarı depozit portfelini artırıb Səhmdarın bu qərarı Bankın kapitalının artırılması və kreditləşmənin genişləndirilməsinə yönəldilib
Maliyyə
29 İyul , 2016 12:01
​Nikoil Bankın əsas səhmdarı depozit portfelini artırıb

Bakı. 29 iyul. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin majoritar səhmdarlarından olan “Topaz İnvestment” QSC Bankda 20 mln. ABŞ dolları həcmində uzunmüddətli depozitin yerləşdirilməsinə dair qərar qəbul edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, ilk 10 mln. dollar Banka artıq mədaxil edilib, ikinci tranşın isə cari ilin avqustun 12-dək həyata keçirilməsi gözlənilir.

"Səhmdarların bu qərarı Bankın kapitalının artırılması ilə yanaşı Azərbaycanda biznesin və əhalinin kreditləşməsinə yönəldilib", - deyə xəbərdə qeyd olunub.

Xatırladaq ki, 30 iyun 2014-cü il tarixindən etibarən Bank səhmdarları qismində "Topaz İnvestment" QSC (56,4%), "Nikoil" QSC (42,6%) və "ISR Holding" MMC (1%) çıxış edir.

Son xəbərlər

Orphus sistemi