"Nikoil Bank"ın aktivləri 19% artıb

"Nikoil Bank"ın aktivləri 19% artıb Bakı. 13 aprel. REPORT.AZ/ “Nikoil Bank” QSC-nin aktivləri illik müqayisədə 19,4% artaraq bu il aprelin 1-nə 488 369 min manata çatıb.
Maliyyə
13 Aprel , 2018 10:15
Nikoil Bankın aktivləri 19% artıb

Bakı. 13 aprel. REPORT.AZ/ “Nikoil Bank” QSC-nin aktivləri illik müqayisədə 19,4% artaraq bu il aprelin 1-nə 488 369 min manata çatıb.

“Report” bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat tarixinə Bankın kredit portfeli (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə məqsədli ehtiyatın ayrılmasından sonra xalis kreditlər) 219 919 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.

Son 1 ildə Bankın cəmi öhdəlikləri 5,7% artaraq 388 626 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 7,9% artaraq 250 038 min manata yüksəlib.

Aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Banka qarşı 40 300 min manat tələbi olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azdır.

Martın sonuna Bankın nizamnamə kapitalı 245 mln. manat, cəmi kapitalı isə 99 744 min manat təşkil edib.

Bank bu ilin I rübündə 309 min manat zərər edib. Yanvar-mart aylarında Bankın faiz gəlirləri 16 537 min manat, faiz xərcləri 4 104 min manat, qeyri-faiz gəlirləri 1 437 min manat, qeyri-faiz xərcləri 5 278 min manat təşkil edib. Kredit təşkilatı 8 902 min manat xüsusi ehtiyat yaradıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə Bank 227,4 min manat mənfəət əldə edib. 

Son xəbərlər

Orphus sistemi