"Nikoil Bank"ın 11 saylı filialı yeni ünvana köçürülüb

"Nikoil Bank"ın 11 saylı filialı yeni ünvana köçürülüb Filial bu gündən etibarən Bakı şəhərinin İnşaatçılar prospekti,3 ünvanında fəaliyyət göstərəcək
Maliyyə
7 Mart , 2017 17:01
Nikoil Bankın 11 saylı filialı yeni ünvana köçürülüb

Bakı. 7 mart. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin 11 saylı filialı bu gündən etibarən Bakı şəhəri, Yasamal rayonu, 547-ci kvartal, İnşaatçılar prospekti,3 ünvanında fəaliyyət göstərəcək.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Yeni filial müasir əməliyyat zalına malikdir. Yenilənmiş filialda həm fiziki şəxslərə, həm də hüquqi şəxslərə milli və xarici valyutada keçirilən hesablaşma-kassa, kredit, ödəmə, kart, zəmanət, banklararası, sənəd və s. kimi bank xidmətləri göstəriləcək.

"Nikoil Bank" Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.

Son xəbərlər

Orphus sistemi