Bakı. 28 fevral. REPORT.AZ/ “Nikoil Bank” ASC 2006-cı ildən sıx əməkdaşlıq etdiyi İpoteka və Kredit Zəmanət Fondundan növbəti dəfə limit əldə edib.
“Report” xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Nikoil Bank” dövlət xətti ilə ipoteka kreditlərinin verilməsini aktiv şəkildə davam etdirir.
Xatırldadaq ki, “Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.
“Nikoil Bank”ın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ