​"Nikoil Bank" debet kartları üzrə nağdlaşdırma komissiyasını ləğv edib

​"Nikoil Bank" debet kartları üzrə nağdlaşdırma komissiyasını ləğv edib Bu barədə bankdan bildirilib
Maliyyə
5 Avqust , 2016 18:00
​Nikoil Bank debet kartları üzrə nağdlaşdırma komissiyasını ləğv edib

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gündən "Nikoil Bank" ASC öz bankomatlarında və POS-terminal şəbəkələrində nağd pulun çıxarılması üçün bütün komissiyaları ləğv edib. 

Bu barədə "Report"a bankdan bildirilib.

Yeniliyə əsasən, növ və dəyərindən asılı olmayaraq debet plastik kart sahibi olan hər kəs həm müasir ödəniş sisteminə malik olur, həm də komissiyalar üzrə tam güzəşt əldə edir. Göstərilən şərtlər həm mövcud, həm də yeni müştərilər üçün keçərlidir.

Bu gün "Nikoil Bank"ın plastik kartlar üzrə məhsul çeşidində Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, MasterCard Maestro, MasterCard Standard və MasterCard Gold kimi plastik kartlar təqdim olunur. Visa Platinum kartını əldə edərkən müştəriyə Priority Pass kartı hədiyyə edilir. Bu kart vasitəsilə dünyanın istənilən hava limanının VİP istirahət məkanlarından sərbəst istifadə etmək olar.

Daha ətraflı məlumat üçün Bankın 981 qısa nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq lazımdır.

"Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər

Orphus sistemi