“Nikoil Bank” avtomatlaşdırılmış bank sistemini yeniləyir

“Nikoil Bank” avtomatlaşdırılmış bank sistemini yeniləyir Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün saat 18:00-dan yanvarın 29-u saat 09:00-a qədər bütün onlayn servislərdə “Nikoil Bank” ASC-nin bir sıra xidmətləri qeyri-aktiv olacaq.
Maliyyə
26 Yanvar , 2018 14:43
“Nikoil Bank” avtomatlaşdırılmış bank sistemini yeniləyir
Report

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün saat 18:00-dan yanvarın 29-u saat 09:00-a qədər bütün onlayn servislərdə “Nikoil Bank” ASC-nin bir sıra xidmətləri qeyri-aktiv olacaq.

“Report”un banka istinadən verdiyi xəbərə görə, buna səbəb Avtomatlaşdırılmış Bank Sisteminin (ABS) yenilənməsi (sistemin yeni versiyasına keçilməsi) ilə əlaqədar cari sistemlərin profilaktikasının həyata keçirilməsidir.

Bu müddətdə Banka məxsus internet bankinq xidməti, eləcə də kredit təşkilatının ödəniş terminalları ("Nikoil Paypoınt", "Milliön", "E-manat", "Easy-pay", "Express-pay" və s.,), elektron ödəniş sistemləri ("Goldenpay", "Azerıcard", "E-pul" və s.,) ilə xidmətləri işləməyəcək. 

"ABS-nin yenilənmiş versiyasına keçid müştərilərə xidmət göstərilməsi vaxtını azaltmağa imkan verəcək və cari prosesləri daha da sürətləndirəcək", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi