Bakı. 16 fevral. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin verdiyi istehlak (nağd pul) kreditlərinə tələbat artmaqdadır.
“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Nikoil Bank” sərfəli illik faiz dərəcəsi tətbiq etməklə, müddəti 3-36 ay olmaqla, milli valyutada kreditləşməni davam etdirir. Kreditin minimal məbləği 300 manat, maksimal məbləği isə 30 000 manat təşkil edir. 5 000 manata qədər kreditin rəsmiləşdirilməsi üçün hər hansı zamin tələb edilmir. Bankın istənilən şöbəsinə gəlirləri təsdiq edən sənədlərlə birlikdə şəxsiyyət vəsiqəsini təqdim etmək və krediti rəsmiləşdimək olar.
“Nikoil Bank” Bakıda və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ