“Nikkei”: Dünyanın aparıcı şirkətlərinin mənfəəti 14% artıb

“Nikkei”: Dünyanın aparıcı şirkətlərinin mənfəəti 14% artıb Keçən ilin oktyabr-dekabr aylarında dünyanın 10,2 mindən çox aparıcı şirkətinin xalis mənfəəti 712,7 milyard ABŞ dolları təşkil edib
Maliyyə
10 Fevral , 2021 10:58
“Nikkei”: Dünyanın aparıcı şirkətlərinin mənfəəti 14% artıb

Ötən ilin son rübündə dünyanın aparıcı şirkətlərinin xalis mənfəəti əvvəlki ilin eyni dövrünə nisbətən əhəmiyyətli dərəcədə artıb ki, bu da dünya iqtisadiyyatının vəziyyətinin yaxşılaşdığını göstərir.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı işgüzar qəzeti “Nikkei” ekspertlərinin hesablamalarına istinadla məlumat yayıb.

Məlumata görə, keçən ilin oktyabr-dekabr aylarında dünyanın 10,2 mindən çox aparıcı şirkətinin xalis mənfəəti 712,7 milyard ABŞ dolları təşkil edib. Bu, 2019-cu ilin son rübünün nəticəsi, yəni yeni növ koronavirusun dünya iqtisadiyyatına təsirinin əhəmiyyətsiz olduğu dövr ilə müqayisədə 14 faiz bəndi çoxdur.

“Nikkei” qeyd edir ki, sənayedə və ticarət sahələrində fəaliyyət göstərən şirkətlərdə bu artım daha çox hiss olunur, ancaq ictimai iaşə və hava nəqliyyatı sahələrinin şirkətləri hələ də eniş dövrünü yaşayır.

Son xəbərlər

Orphus sistemi