"Bank Respublika" və Niderland səfirliyi birgə layihələr keçirməyi planlaşdırır

"Bank Respublika" və Niderland səfirliyi birgə layihələr keçirməyi planlaşdırır “Bank Respublika”nın Baş ofisində Bankın rəhbərliyi ilə Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizema arasında görüş keçirilmişdir.
Maliyyə
7 Oktyabr , 2022 12:55
Bank Respublika və Niderland səfirliyi birgə layihələr keçirməyi planlaşdırır

“Bank Respublika” ASC-nin baş ofisində Bankın rəhbərliyi ilə Niderlandın Azərbaycandakı səfiri xanım Paulin Eizema arasında görüş keçirilib.

Görüşdə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovun rəhbərliyi ilə bankın nümayəndə heyəti iştirak edib.

Tərəflər müxtəlif sahələr üzrə gələcək əməkdaşlığın inkişaf istiqamətləri, xüsusilə ölkəmizdə fəaliyyət göstərən qadın sahibkarlara və gənc iş adamlarına dəstək, korporativ sosial məsuliyyət layihələrinin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

"Bank Respublika" 1992-ci ildə yaradılıb, Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutu - "Sparkassen International Development Trust" ("Sparkassen-Finanzgruppe" maliyyə qrupunun üzvü) var. "Bank Respublika" Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə ("Moody's") malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi