Hesablama Palatası: Dövlət vəsaitinin səmərəli istifadəsini təmin etmək istəyiriksə, nəticə əsaslı büdcəyə keçidi sürətləndirməliyik

Hesablama Palatası: Dövlət vəsaitinin səmərəli istifadəsini təmin etmək istəyiriksə, nəticə əsaslı büdcəyə keçidi sürətləndirməliyik Dövlət vəsaitinin səmərəli istifadəsini təmin etmək istəyiriksə, nəticə əsaslı büdcəyə keçidi sürətləndirməliyik.
Maliyyə
26 İyul , 2019 19:41
Hesablama Palatası: Dövlət vəsaitinin səmərəli istifadəsini təmin etmək istəyiriksə, nəticə əsaslı büdcəyə keçidi sürətləndirməliyik

Dövlət vəsaitinin səmərəli istifadəsini təmin etmək istəyiriksə, nəticə əsaslı büdcəyə keçidi sürətləndirməliyik.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“Beynəlxalq təcrübə ölkələrin bu modelə keçidi zamanı bir sıra çətinliklərlə üzləşdiyini göstərir. Bunlara büdcə təşkilatlarının sayının çoxluğu, yeni modelin qavranması və əhəmiyyəti ilə bağlı icraçı məmurların məlumatsızlığı, geniş məlumat bazalarının emalına imkan verən informasiya sistemlərinin olmaması və ya bu sistemlərdən istifadə etmək səriştəsində boşluqlar və s. nümunə göstərilə bilər”, - deyə V. Gülməmmədov qeyd edib.

Onun sözlərinə görə, Hesablama Palatası məhz bu təcrübələrə əsaslanmaqla mümkün çətinliklərin aradan qaldırılması üçün ətraflı tədbirlər planının tətbiqini faydalı hesab edir: “Bu tədbirlər nəticə əsaslı büdcəyə müvəffəqiyyətli keçidin tələbidir və yalnız nəticə əsaslı büdcənin tərtibi ölkə başçısı tərəfindən müəyyən olunmuş iqtisadi və sosial hədəflərin reallaşdırılmasına xidmət göstərən dövlət vəsaitlərinin səmərəli istifadəsini təmin etmiş olar”.

Hesablama Palatasının sədri hesab edir ki, dövlət resurslarından səmərəli, nəticəli və qənaətli istifadə edilmə sinin institusional imkanlarının genişləndirilməsi ilk növbədə beynəlxalq mütərəqqi təcrübədə də geniş tətbiq olunan nəticə əsaslı büdcəyə keçidi nəzərdə tutur.

“Nəticəyə əsaslanan büdcə dövlət maliyyə resurslarının daha rasional, səmərəli, nəticəli və qənaətli istifadəsini şərtləndirir. Başqa sözlə, belə yanaşma xərclərin optimallaşdırılmasına yol açmaqla, daha konkret və ünvanlı istifadəsinə xidmət edir. Ölkəmiz üçün nəticə əsaslı büdcənin tətbiqi dövlət idarəetməsinin təkmilləşməsinə və neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanmasına və maddi rifahın yüksəlməsinə töhfə vermiş olar”, - V. Gülməmmədov bildirib. 

Son xəbərlər

Orphus sistemi