Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 1,3 mlrd. dollarlıq kəsirini tam örtüb

Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 1,3 mlrd. dollarlıq kəsirini tam örtüb Bakı. 14 iyun. REPORT.AZ/ 2018-ci ilin yanvar-mart ayları üzrə tədiyə balansının ümumi profisiti 1,1 mlrd.$ təşkil edib.
Maliyyə
14 İyun , 2018 16:09
Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 1,3 mlrd. dollarlıq kəsirini tam örtüb
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ 2018-ci ilin yanvar-mart ayları üzrə tədiyə balansının ümumi profisiti 1,1 mlrd.$ təşkil edib.

“Report”un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu həm neft qiymətinin 27,2% bahalaşması, həm qeyri-neft sektoru üzrə Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də əsas partnyor ölkələrdə iqtisadi vəziyyətin yaxşılaşması hesabına baş verib. 

Cari Əməliyyatlar Balansında 1,6 mlrd.$-lıq profisit yaranıb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 12,9% (147 mln.$) artaraq 1.3 mlrd.$ olub.

2018-ci ilin yanvar-mart aylarında cari əməliyyatlar hesabında 1,6 mlrd.$ məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə profisit 2,8 mlrd.$ məbləğində olub. Qeyri-neft sektoru üzrə CƏB kəsiri ötən ilin müvafiq dövrünə nəzərən 12,9% (147 mln.$), neft-qaz sektoru üzrə CƏB profisiti isə 1,9 dəfə (1,3 mlrd.$) artıb. Neft qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 1,3 mlrd.$ məbləğində kəsirini tam örtüb.

2018-ci ilin yanvar-mart aylarında ölkənin xalis maliyyə aktivləri 985,9 mln.$ artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (562,3 mln.$), portfel investisiyaları (88,2 mln.$), törəmə maliyyə alətləri (1,4 mln.$) və digər investisiyalar (334,0 mln.$) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 523,2 mln.$ təşkil edib ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (128,8 mln.$), neft bonusu (450,1 mln.$), portfel investisiyaları (-46,6 mln.$) və digər investisiyalar (-9,1 mln.$) hesabına formalaşıb.

Son xəbərlər

Orphus sistemi