Azərbaycanın tədiyyə balansında ötən il 3,5 mlrd. dollarlıq profisit yaranıb

Azərbaycanın tədiyyə balansında ötən il 3,5 mlrd. dollarlıq profisit yaranıb 2018-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 3,508 mlrd. ABŞ dolları təşkil edib.
Maliyyə
29 Mart , 2019 18:57
Azərbaycanın tədiyyə balansında ötən il 3,5 mlrd. dollarlıq profisit yaranıb
Report

2018-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 3,508 mlrd. ABŞ dolları təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu həm neft qiymətinin 33% bahalaşması, həm də Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar hesabına formalaşıb. 

Hesabat dövründə cari əməliyyatlar hesabında 6,1 mlrd. dollarlıq (2017-ci ilə nəzərən 3,6 dəfə artım) profisit yaranıb. O cümlədən neft-qaz sektoru üzrə profisit 1,7 dəfə (5,5 mlrd. dollar) artaraq 12,9 mlrd.dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə ötən ilə nisbətən 19,6% (1,1 mlrd. dollar) artaraq 6,8 mlrd. dollar məbləğində olub. Nəticədə neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın kəsirini tam örtüb.

CƏB-dəki profisit, əsasən, xarici ticarət balansında profisitin 1,6 dəfə artması, ixracın neft-qaz sektoru üzrə 40%, qeyri-neft sektoru üzrə isə 10% artması, xidmətlər balansında kəsirin 1,6 dəfə azalması, o cümlədən tikinti xidmətləri üzrə kəsirin 1,9 dəfə (1,1 mlrd. dollar) və digər işgüzar xidmətlər üzrə kəsirin 1,5 dəfə (392 mln. dollar) azalması, təkrar gəlirlər balansında profisitin 3,2% (23 mln. dollar) artması hesabına təmin edilib. 

Qeyd edək ki, tədiyyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 69,6 dollar (2017-ci ildə 52,4 dollar) olub.

Son xəbərlər

Orphus sistemi