Neft-qaz hasilatçısı ölkələr deflyasiya ilə üzləşə bilər

Neft-qaz hasilatçısı ölkələr deflyasiya ilə üzləşə bilər Əlavə pul kütləsi xarici valyutaya tələbi artırır
Maliyyə
7 Mart , 2017 19:43
Neft-qaz hasilatçısı ölkələr deflyasiya ilə üzləşə bilər

Bakı. 7 mart. REPORT.AZ/ Neft-qaz hasilatçısı ölkələrin deflyasiya ilə üzləşmək riski yaranıb. 

"Report" "RBC" agentliyinə istinadən xəbər verir ki, Rusiyada 2017-ci ilin fevral ayında inflyasiya 0,2% təşkil edib və bu, postsovet dövrünün fevral ayı üçün ən minimal göstəricisi olub. İllik müqayisədə inflyasiya 4,6%-ə yavaşlayıb. Qeyd edk ki, postsovet Rusiyasının fevral ayı inflyasiyasın tarixi minimal həddi 2012-ci ild 0,37%, maksimal həddi isə 1992-ci ildə 38% təşkil edib.

Analitiklər inflyasiyanın yavaşlamasını rublun məzənnəsinin möhkəmlənməsində görmədiklərini açıqlayıblar. Belə ki, fevral ayı ərzində rubl demək olar ki, sabit qalıb. İqtisadçılar istehlak qiymətlərindəki artımda yavaşlamanı məcmu tələbin azalması ilə izah ediblər.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina "Forbes" jurnalına müsahibəsində inflyasiyanın 2%-ə yaxınlaşmasının təhlükəli olduğunu bildirib: "İnflyasiya 2%-ə geriləsə bəzi sahələrdə deflyasiya müşahidə olunacaq. Bu da investisiyanın stimullaşdırılmasına mane olacaq. Geniş mənada deflyasiyadan uzaqlaşmaq üçün inflyasiyanın 4% həddinə yaxın olması zəruridir."

"Report"un analitik qrupu karbohidrat hasil edən ölkələrdə yaranan deflyasiya təhlükəsinin 2 səbəbi olduğunu bildirir. Bunlardan birincisi əhalinin böhranın hələ bitməsinə inanmaması, istehlakçı inam indeksinin azalması və Mərkəzi Banklar tərəfindən pul kütləsinin azaldılaraq xarici valyutaya tələbin azaldılması və ya idxalın yavaşladılması göstərilir. Belə ki, inflyasiyanın sürətlənməsi üçün hökümətlər xərclərini artırmalıdır. Bu isə hazırki vəziyyətdə xarici valyutaya tələbi kəskin artıraraq ehtiyatların əriməsinə səbəb olur.   

Son xəbərlər

Orphus sistemi