Neft Fondu valyuta satışını azaldıb

Neft Fondu valyuta satışını azaldıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 1 975,3 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Maliyyə
7 May , 2019 14:55
Neft Fondu valyuta satışını azaldıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 1 975,3 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% azdır.

Bu ilin dörd ayında valyuta satışının 423,7 mln. dolları aprel ayının payına düşüb. Bu isə ötən ilin aprel ayından 47% azdır.

Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-aprel ayları ərzində 2 112,8 mln. dollar, aprel ayında isə 802,6 mln. dollar məbləğində vəsait satılıb.

İngilis versiyası SOFAZ reduces currency sale

Son xəbərlər

Orphus sistemi