Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 100 mln. ABŞ dolları məbləğində vəsait valyuta hərracına çıxarıb.
"Report"a fonddan verilən məlumata görə, bu vəsait 29 banka satılıb.
Xəbərdə qeyd edilib ki, ARDNF il ərzində hərraclar vasitəsilə valyuta satışını davam etdirəcək.
Azərbaycan Mərkəzi Bankı da hərraca 100 mln. ABŞ dolları çıxarıb. Beləliklə, bu gün hərraca çıxarılan 200 mln. dolları 29 bank alıb və tələb tam həcmdə təmin edilib.