Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının keçirdiyi müntəzəm valyuta hərracına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən çıxarılan 50 mln. ABŞ dolları məbləğində vəsaitdən 19,9 mln. dolları (39,8%) satılıb.
"Report" Fonda istinadən xəbər verir ki, bu vəsait 8 kommersiya bankına satılıb.
"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan qeyd olunub.