​"NBC Bank" səhmlərinin nominal qiymətini artırır

​"NBC Bank" səhmlərinin nominal qiymətini artırır Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib
Maliyyə
20 İyul , 2016 10:22
​NBC Bank səhmlərinin nominal qiymətini artırır

Bakı. 20 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "NBC Bank" ASC-nin səhm emissiyasını qeydə alıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Palatadan məlumat verilib.

Məlumata görə, emissiya Bankın səhmlərinin nominal qiymətinin artırılmasını nəzərdə tutur. Belə ki, "NBC Bank"ın dövriyyədə olan 238 096 səhminin nominal qiyməti 243,6 manatdan 268,8 manata qədər artırılacaq. Son nəticədə Bankın nizamnamə kapitalı 58 000 126 manatdan 64 000 205 manata yüksələcək.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl "NBC Bank" dövriyyəyə 47 061 yeni səhm buraxmaqla kapitalını 46 536 126 manatdan 58 000 186 manata çatdırmışdı.

"NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Bankın səhmlərinin 91,25%-i 6 fiziki şəxsə, 8,75%-i isə 2 hüquqi şəxsə məxsusdur.

"NBC Bank" "Nurgün" Şirkətlər Qrupuna daxildir. Elə Bankın hüquqi şəxs olan səhmdarlarından biri adı çəkilən holdinq, fiziki şəxs olan səhmdarların biri isə holdinqin prezidenti Əliyev Nuru Yaşar oğludur. 

Son xəbərlər

Orphus sistemi