“NBC Bank”ın aktivləri 57% artıb

“NBC Bank”ın aktivləri 57% artıb Bakı. 9 oktyabr REPORT.AZ/ “NBC Bank” ASC-nin aktivləri illik 56,5% artaraq 2018-ci il oktyabrın 1-nə 268 946 min manata yüksəlib.
Maliyyə
9 Oktyabr , 2018 11:22
“NBC Bank”ın aktivləri 57% artıb

Bakı. 9 oktyabr REPORT.AZ/ “NBC Bank” ASC-nin aktivləri illik 56,5% artaraq 2018-ci il oktyabrın 1-nə 268 946 min manata yüksəlib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər- məqsədli ehtiyat çıxılmaqla) 46,8% artaraq 187 758 min manat təşkil edib. 2018-ci il oktyabrın 1-nə əsasən bankın kredit portfelinin 6%-ni vaxtı keçmiş kreditlər əhatə edib.

Bankın cəmi öhdəlikləri 80,6% artaraq bu il oktyabrın 1-nə 209 306 min manata çatıb. Depozit portfeli illik 41% artaraq 100 590 min manat olub. Bildirək ki, öhəliklərin strukturunda Azərbaycan Mərkəzi Bankının banka qarşı heç biri tələbi yoxdur.

2018-ci il oktyabrın 1-nə bankın nizamnamə kapitalı 64 mln. manat, cəmi kapitalı 59 640 min manat təşkil edib.

Bank bu ilin ilk doqquz ayı ərzində 2 917 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Bu ilin yanvar-sentyabr ayları ərzində bankın faiz gəlirləri 13 434 min manat, qeyri-faiz gəlirləri 2 224 min manat, faiz xərcləri 7 848 min manat, qeyri-faiz xərcləri 5 377 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi