“NBC Bank” bu il aktivlərini 4% artırıb

“NBC Bank” bu il aktivlərini 4% artırıb Bakı. 11 aprel. REPORT.AZ/ “NBC Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 165,268 mln. manat təşkil edib.“Report” Bankın maliyyə hesabatına i...
Maliyyə
11 Aprel , 2017 12:45
“NBC Bank” bu il aktivlərini 4% artırıb

Bakı. 11 aprel. REPORT.AZ/ “NBC Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 165,268 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 4% çoxdur.

“NBC Bank”ın aktivlərinin 82,4%-ni və yaxud 136,139 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 3 ayda Bankın kredit portfeli 1% böyüyüb.

Bu dövrdə “NBC Bank”ın vaxtı keçmiş kreditləri 3,3% artaraq 13,79 mln. manata çatıb. Problemli kreditlərin kredit portfelindəki payı isə 9,9%-dən 10,1%-ə yüksəlib.

I rübdə “NBB Bank”ın cəmi öhdəlikləri 5,6% artaraq 111,937 mln. manat, o cümlədən depozit portfeli 6% artaraq 71,642 mln. manata çatıb. Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə olmayıb.

Hesabat dövründə “NBC Bank”ın cəmi kapitalı isə 0,7% artaraq 53,331 mln. manat olub.

Yanvar-mart aylarında “NBC Bank”ın faiz gəlirləri 3,541 mln. manat, faiz xərcləri 1,728 mln. manat, qeyri-faiz gəlirləri 900 min manat, qeyri-faiz xərcləri isə 1,606 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 1,107 mln. manat olub.

“NBC Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 1,187 mln. manat yönəldib və rübü 81 min manata yaxın xalis zərərlə başa vurub.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 000 205 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 268,8 manat olan 238 096 səhm əsasında formalaşıb.

Səhmlərin 65,91%-i Bankın daxil olduğu "Nurgün Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, yenə də 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi