Nazir: "Türkiyə iqtisadiyyatı III rübdə 7%-dən çox artacaq"

Nazir: "Türkiyə iqtisadiyyatı III rübdə 7%-dən çox artacaq" 2017-ci ilin yekununda isə iqtisadi artımın 5,5%-dən çox olacağı gözlənilir
Maliyyə
25 İyul , 2017 17:43
Nazir: Türkiyə iqtisadiyyatı III rübdə 7%-dən çox artacaq

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyənin 2017-ci ilin III rübündə iqtisadi artımı 7%-dən yüksək olacaq. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozla Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi çıxış edib. 

Nazir cari ilin yekununda isə 5,5%-dən yuxarı ÜDM artımı gözləntilərinin olduğunu qeyd edib.

"İxracın həcmində tarixi rekord əldə edəcəyik və ilin sonuna qədər hər rübdə ixracın iqtisadi artımda xüsusi çəkisi yüksələcək", - N.Zeybəkçi əlavə edib.

Xatırladaq ki, Türkiyə iqtisadiyyatı bu ilin ilk rübündə 5% artıb.

Son xəbərlər

Orphus sistemi