Nazirlər Kabineti vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydasını təsdiq edən qərarın izahını verib.
Bu barədə “Report”a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab
NK-nın qərarında
- vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına,
- güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına,
- güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə
- və güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair tənzimləmələr nəzərdə tutulmuşdur.
Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi
- büdcə itkilərinin hesablanması,
- ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri,
- statistik məlumatlar,
- güzəşt tətbiq olunan vergi və mülkiyyət növü,
- vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası,
- idxal-ixrac əməliyyatları,
- dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcək.