Nazir müavini: “Yeni nəsil NKA-ların quraşdırılması bitdikdən sonra yeniliklər olacaq”

Nazir müavini: “Yeni nəsil NKA-ların quraşdırılması bitdikdən sonra yeniliklər olacaq” "Ölkə üzrə sahibkarlıq subyektlərinin yeni nəsil kassa-nəzarət aparatları (NKA) ilə təchizatı prosesi hələ başa çatmayıb".
Maliyyə
24 Dekabr , 2021 13:39
Nazir müavini: “Yeni nəsil NKA-ların quraşdırılması bitdikdən sonra yeniliklər olacaq”
Sahib Ələkbərov

"Ölkə üzrə sahibkarlıq subyektlərinin yeni nəsil kassa-nəzarət aparatları (NKA) ilə təchizatı prosesi hələ başa çatmayıb".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bu məsələlər daimi təhlil olunur: “Ölkə üzrə bu proses başa çatandan sonra təhlillər aparılacaq. Ola bilsin ki, hansısa yeniliklər olsun. Yəni bütövlükdə onlayn nəzarət-kassa apratlarının tətbiq olunması çox müsbət hal kimi dəyərləndirilir. Bu çox böyük irəliləyişlərə səbəb olacaq".

S. Ələkbərov bildirib ki, Azərbaycanda vergi daxilolmaları 1,3 milyard manat artıb: "Bu çox yüksək göstəricidir və bunun əsasında şəffaflaşma durur. Təbii ki, yeni nəsil nəzarət-kassa aparatları, vergi ödəyicilərinin uçota alınması da bunun kökündə dayanır”.

Xatırladaq ki, vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-nın əldə edilməsinə və quraşdırılmasına çəkdiyi xərclərin elektron qaimə-faktura üzrə əvəzləşdirilmiş ƏDV məbləği nəzərə alınmaqla 350 manat həddində vergi öhdəlikləri ilə əvəzləşdirmək hüququ var.

NKA 2019-cu il yanvarın 1-dək quraşdırıldıqda, həmçinin həmin tarixdən sonra quraşdırıldılsa da, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə, eyni zamanda, həmin meyarlara cavab verməsinə baxmayaraq, əvvəllər istifadədə olan NKA-nı əvəzləmədikdə, onun quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır. Sahibkarlıq subyektlərində rəqəmsal nəzarət sisteminin qurulmasına imkan verən bu avadanlıq hesablaşmalar haqqında məlumatı vergi orqanlarına real vaxt rejimində çatdırmaq imkanına malikdir. Sahibkarlar üçün də rahat və əlverişli nəzarət mexanizmi yaradan yeni nəsil NKA-ların 2022-ci ilin sonunadək bütün ölkədə tətbiqi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi