Nazir müavini: “Bu il vergi öhdəliyinə 109% əməl olunub”

Nazir müavini: “Bu il vergi öhdəliyinə 109% əməl olunub” Bakı. 20 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində ərazi vergi orqanları üzrə proqnoz tapşırıqlarına ümumilikdə 109,1% əməl olunub. 
Maliyyə
20 Noyabr , 2017 13:17
Nazir müavini: “Bu il vergi öhdəliyinə 109% əməl olunub”

Bakı. 20 noyabr. REPORT.AZ/ "Bu ilin yanvar-oktyabr ayları ərzində ərazi vergi orqanları üzrə proqnoz tapşırıqlarına ümumilikdə 109,1% əməl olunub". 

“Report”un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunu regionlarda keçirilən zona müşavirəsində nazir müavini Sahib Ələkbərov deyib.

O, son 10 ildə ərazi vergi orqanları üzrə vergi daxilolmalarının 7 dəfə artdığını qeyd edib: "1999-cu ildən etibarən kənd təsərrüfatının torpaq vergisi istisna olmaqla, bütün vergilərdən tamamilə azad olunmasına baxmayaraq, son 10 il ərzində ərazi vergi orqanları üzrə vergi daxilolmalarının 7 dəfəyə qədər artaraq 86,6 mln. manatdan 600,8 mln. manata çatıb”.

Xatırladaq ki, zona müşavirələri Sumqayıt, Şirvan, Yevlax və Qəbələ şəhərlərində keçirilib.

Son xəbərlər

Orphus sistemi