Nazir: "Maliyyə böhranının Azərbaycana təsiri minimuma endiriləcək"

Nazir: "Maliyyə böhranının Azərbaycana təsiri minimuma endiriləcək" Vergilər naziri Fazil Məmmədov: "Vergi daxilolmalarında yaranacaq problem də bütün hallarda minimuma endiriləcək"
Maliyyə
241
9 Fevral , 2015 13:00
Nazir: Maliyyə böhranının Azərbaycana təsiri minimuma endiriləcək

Bakı. 9 fevral. REPORT.AZ/ Tərəfdaş ölkələrdə baş verən maliyyə böhranı Azərbaycandan da yan ötməyəcək. "Report" xəbər verir ki, bunu bu gün jurnalistlər üçün brifinq keçən vergilər naziri Fazil Məmmədov deyib. 

Nazirin sözlərinə görə, buna baxmayaraq, dövlət başçısının apardığı iqtisadi siyasət nəticəsində bu böhranın təsiri minimuma endiriləcək: "Eyni zamanda, vergi daxilolmalarında yaranacaq problem də bütün hallarda minimuma endiriləcək. Vergilər Nazirliyinin qarşısında qoyulan vəzifələr əsasında bu işin icrası 2015-ci ildə də uğurla davam etdiriləcək".

Son xəbərlər

Orphus sistemi