Nazir: "Dollar kreditlərini manata çevirmiş şəxslər də prezidentin fərmanından faydalanacaqlar"

Nazir: "Dollar kreditlərini manata çevirmiş şəxslər də prezidentin fərmanından faydalanacaqlar" Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanda devalvasiyadan əvvəl dollarla kredit götürmüş şəxslərin nəzərəçarpacaq hissəsi sonradan həmin krediti manata çevirib.
Maliyyə
2 Mart , 2019 00:26
Nazir: Dollar kreditlərini manata çevirmiş şəxslər də prezidentin fərmanından faydalanacaqlar

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanda devalvasiyadan əvvəl dollarla kredit götürmüş şəxslərin nəzərəçarpacaq hissəsi sonradan həmin krediti manata çevirib.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.

"Həmin şəxslər sonradan banklardan manatla kredit alsalar belə, onlar prezidentin problemli kreditlərin həll edilməsi ilə bağlı fərmanından faydalanacaqlar", - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyətin kəskinləşməsi devalvasiya ilə bağlı olub və hazırda dövlət bu səbəbi aradan qaldırır:

"İndi sadəcə borcu əvvəlki qaydada ödəmək qalıb. Dövlət borc yükünü təxminən 50% azaldır, yəni tamamilə bağışlamır. Çünki, buna gedilsə, borc intizamı pozular, bankların problemləri kəskinləşər".

Son xəbərlər

Orphus sistemi