Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu cüzi azalıb

Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu cüzi azalıb Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR xarici ölkələrlə 356,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Maliyyə
182
28 Oktyabr , 2020 11:22
Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu cüzi azalıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR xarici ölkələrlə 356,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,5% çoxdur.

Son 1 ildə muxtar respublikanın ixracının dəyəri 0,8% artaraq 310 milyon dollar, idxalının dəyəri isə 6,8% artaraq 46,8 milyon dollar olub.

Son nəticədə xarici ticarətdə 263,2 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 0,2% azdır.

Son xəbərlər

Orphus sistemi