Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10% azalıb

Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10% azalıb
Maliyyə
21 May , 2019 17:40
Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10% azalıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR xarici ölkələrlə 117,69 mln. ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb. 

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,978 mln. dollar və yaxud 8,25% çoxdur.

Son 1 ildə muxtar respublikanın ixracının dəyəri 196 min dollar və yaxud 0,2% artaraq 98,313 mln. dollara, idxalının dəyəri isə 8,782 mln. dollar və yaxud 82,9% artaraq 19,376 mln. dollara çatıb. 

Beləliklə, Naxçıvanın xarici ticarət dövriyyəsində 78,937 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 8,586 mln.dollar və yaxud 9,8% azdır.