Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarının 2020-2023-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar təkliflərini mayın 7-nə qədər Nazirliyin yerləşdiyi Naxçıvan şəhəri, Atatürk küçəsi, 1 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 7-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.