Naxçıvanda yeni kredit qoyuluşu 54% artıb

Naxçıvanda yeni kredit qoyuluşu 54% artıb Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-dakı bank və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 119,4 milyon manat kredit verib.
Maliyyə
23 Sentyabr , 2020 11:00
Naxçıvanda yeni kredit qoyuluşu 54% artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-dakı bank və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 119,4 milyon manat kredit verib. 

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,8% çoxdur.

Yeni kreditlərin 13,9 milyon manatı və yaxud 11,6%-i qısamüddətli, 105,5 milyon manatı və yaxud 88,4%-i uzunmüddətli kreditlər olub. Bu da illik müqayisədə müvafiq olaraq 41,9% və 55,5% çoxdur.

Son xəbərlər

Orphus sistemi