Naxçıvanda vergi orqanlarına daxil olmuş müraciətlərin 96 %-i həll olunub

Naxçıvanda vergi orqanlarına daxil olmuş müraciətlərin 96 %-i həll olunub ​​​​​​​Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına ümumilikdə 968 müraciət daxil olub
Maliyyə
27 Avqust , 2024 13:07
Naxçıvanda vergi orqanlarına daxil olmuş müraciətlərin 96 %-i həll olunub

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına ümumilikdə 968 müraciət daxil olub.

Bu barədə "Report"un yerli bürosu Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, bunların 91,4 %-ini ərizələr, 8,5 %-ini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.

Müraciətlərin 98 %-nin baxılması 2024-cü ilin 7 ayı ərzində başa çatdırılıb, 2 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,6 %-i həll olunub, 2,5 %-i barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

Bu ilin 7 ayında Naxçıvanın Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 57 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Son xəbərlər

Orphus sistemi