Naxçıvanda vergi nəzarəti tədbirləri sahibkarların 1 %-ni əhatə edib

Naxçıvanda vergi nəzarəti tədbirləri sahibkarların 1 %-ni əhatə edib ​​​​​​​Bu ilin aprel-iyun aylarında Naxçıvan Muxtar Respublikasında keçirilmiş nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 0,8 %-ini təşkil edib
Maliyyə
17 iyul 2024 08:25
Naxçıvanda vergi nəzarəti tədbirləri sahibkarların 1 %-ni əhatə edib

Bu ilin aprel-iyun aylarında Naxçıvan Muxtar Respublikasında keçirilmiş nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 0,8 %-ini təşkil edib

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov Nazirliyin bu ilin 6 ayı ərzində gördüyü işlərə dair hesabatını açıqlayarkən deyib.

Onun sözlərinə görə, 2022-ci illə müqayisədə 2023-cü ildə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb.

Son xəbərlər

Orphus sistemi