Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmalar 6 mln 306 min 400 manat olub.
“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 362,8 min manat və ya 6,1% çoxdur.
Könüllü sığorta növləri üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,8% artıb.
Qeyd edək ki, ötən ilin 9 ayında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 5,9 mln manat təşkil edib.