Naxçıvanda sahibkarların kreditləşməsi 37% artıb

Naxçıvanda sahibkarların kreditləşməsi 37% artıb Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Naxçıvan MR-də sahibkarlara 13 790,8 min manat kredit verilib.
Maliyyə
22 yanvar 2019 12:19
Naxçıvanda sahibkarların kreditləşməsi 37% artıb

Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Naxçıvan MR-də sahibkarlara 13 790,8 min manat kredit verilib.

“Report” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2017-ci illə müqayisədə 3 731,5 min manat və yaxud 37,1% çoxdur.

Kreditlərin 5 736,4 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 8 054,4 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. 

Ötən il muxtar respublikada 30 hüquqi və 2 320 fiziki şəxs dövlət qeydiyyatına alınıb. Əvvəlki ilə nisbətən hüquqi şəxslərin sayında 13 vahid və yaxud 30,2% azalma, fiziki şəxslərin sayında isə 149 vahid və yaxud 6,8% artım qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi