Naxçıvanda orta aylıq əmək haqqı artıb

Naxçıvanda orta aylıq əmək haqqı artıb Bu il noyabrın 1-nə Naxçıvan MR-da 181 891 bank hesabı olub ki, bunun da 170 244-nü və yaxud 93,6%-ni aktiv hesablar təşkil edib.
Maliyyə
456
26 Noyabr , 2021 05:43
Naxçıvanda orta aylıq əmək haqqı artıb

Bu il noyabrın 1-nə Naxçıvan MR-da 181 891 bank hesabı olub ki, bunun da 170 244-nü və yaxud 93,6%-ni aktiv hesablar təşkil edib. 

“Report”un xəbərinə görə, bu barədə yerli Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bank hesablarının 37 812-si bu il açılıb. Bunun isə 37 772-si aktiv hesablardır. 

Oktyabrın sonuna muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə 1 501 olub. 

2021-ci ilin yanvar-sentyabr aylarında Naxçıvanda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 545 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.

Son xəbərlər

Orphus sistemi